Kleemann S.A.

1983-cü ildə Yunanıstanın Kilkis şəhərində Almaiyanın Kleemann Hubtechnik Gmbh şirkətinin lisenziyası ilə qurulan KLEEMANN S.A., Avropa və dünya bazarlarında qabaqcıl qaldırıcı avadanlıq şirkətlərindən biridir və hər cür lift istehsal edir: sərnişin, yük liftləri, eskalatorlar, travolatorlar, əlillər üçün liftlər, gəmi liftləri, park liftləri, zəlzələyə davamlı liftlər və lift aksesuarları. Kleemann qrupu Avropada lift istehsalı bazarının ən böyük oyunçularından biridir. Bu gün Kleemann dünyanın ümumi liftlərinin təxminən 4%-ni istehsal edir. Kleemann məhsulları bu gün dünyanın 100-dən çox ölkəsinə, o cümlədən Rusiya, Fransa, Böyük Britaniya, Avstraliya, Belçika, Norveç, ABŞ, Yeni Zelandiya da daxil olmaqla ixrac olunur.

KLEEMANN dizayn və texnologiyada yenilik, elastiklik və inqilabi düşüncə, məhsul keyfiyyəti, xüsusi xidmətlər və dəstək deməkdir. Dünyanın bir çox ölkəsində yerləşən inteqrasiya olunmuş istehsal müəssisələri, ixtisaslı işçilər, müasir İT sistemləri və lojistik dəstək, KLEEMANN-a etibarlı, yüksək dərəcədə fərdiləşdirilmiş həllərin zəmanətini verir.

Quraşdırma və təmir şirkətləri məhsullarımızı bütün dünyaya yayırlar. İdarəetmə komandalarımız işçilərimiz və digər maraqlı tərəflər arasındakı əməkdaşlığı dəqiq tənzimləmək, müştərilərimizlə möhkəm, uzunmüddətli əlaqələr yaratmağımıza və bütün dünyada etibarlı xidmətlər göstərməyimizə imkan verir. Strateji yanaşma və investisiyalarımız ixtisaslaşmış istehsalat yaratmağımıza və bir çox bazarlara məhsul ixrac etməyimizə, şəbəkəmizi inkişaf etdirməyimizə, dünya səviyyəsində olmağımıza və məhsul çeşidimizi genişləndirməyimizə imkan verdi.

KLEEMANN, keyfiyyət standartlarına, mütərəqqi texniki və bazar məlumatlarına, yenilikçi araşdırmalara bağlılığımıza əsaslanan güclü qlobal marka adı ilə fəxr edir.

KLEEMANN, 20 tonadək nominal yükə və 4 m/s sürətə qədər hər növ sərnişin və yük liftləri üçün qlobal tərəfdaşınızdır.

Biz maşın otağı olan və ya olmayan komple elektrik və hidrolik qaldırıcı sistemlər təklif edən bir lift şirkətiyik.

alternative
alternative
Kleemann S.A.
alternative
Kleemann S.A.
alternative
Kleemann S.A.
alternative
Kleemann S.A.

DELFAR Elevator CO. LTD

DELFAR Elevator CO. LTD liftlər, eskalatorlar və onların ehtiyyat hissələrini dizayn, istehsal edən ixtisaslaşmış bir müəssisədir. Şirkət 2011-ci ildə Çində qurulmuşdur, əla texnoloji üstünlük və lift istehsalı texnikalarını özümüzdə cəmləşdirərək müştərinin müxtəlif tələblərinə cavab verə biləcək, müxtəlif növ məhsullar dizayn və istehsal edə bilərik. Məhsul çeşidimizə sərnişin lifti, panoramik lift, xəstəxana, mətbəx, yük liftləri, eskalatorlar, travolatorlar daxildir. Hər zaman dizayndan istehsalata, quraşdırmadan texniki xidmətə qədər müştərilərin bütün fərdi tələblərini ödəməyə çalışırıq. Ümumdünya xidmət şəbəkələrimiz, yaxşı təlim keçmiş mühəndis kadrlarımız müştərilərimizə ürəkdən sabit iş standartına uyğun mükəmməl xidmətlər təqdim edir. Müştərilərimizin rahat istirahət etməsini təmin etmək üçün bir sıra ciddi quraşdırma idarəetmə prosesi və əməliyyat qaydaları hazırlayıb tətbiq etmişik.

Şirkət ən qabaqcıl iş idarəetmə sistemini tətbiq edir. CAD, CAM, ERP-ni birləşdirən hərtərəfli şəbəkə idarəetmə sisteminə malikdir. Şirkətin ISO9001 keyfiyyət sistemi zəmanəti ilə istehsal etdiyi məhsullar Çin və Avropa standartlarına tamamilə uyğundur.

alternative
alternative
DELFAR Elevator CO. LTD
alternative
DELFAR Elevator CO. LTD
alternative
DELFAR Elevator CO. LTD
alternative
DELFAR Elevator CO. LTD

İstanbul lift asansör LTD

2000-ci ildə Kleemann şirkəti ilə lift sahəsində əməkdaşlığdan yaranan şirkətimiz Türkiyədə iş təcrübəsini İda lift ilə gücləndirmiş, İstanbul Lift markası və İda İstanbul Lift Asansör adı altında İstanbul İmes Sənaye Sahəsində fəaliyyətini davam etdirərək müştərilərinin hər ehtiyacını qarşılayacaq bir quruma çevrilmişdir. Əvvəlcə, İda avtomatik lift qapılarının satışı ilə məşğul olan şirkətimiz, bu gün İstanbul, Türkiyədə İtaliyanın GEM, Çinin Hepu power dişli və dişlisiz lift motorlarının və ispan Savera raylarının satışını distribyütor olaraq həyata keçirir. İstanbulun Anadolu tərəfində Akay maşın satış nöqtəsi olan şirkətimiz Astes, Akar, Flow və Eker lift motorları, Celikray lift rayları da satır.

Müştəri məmnuniyyəti və davamlı inkişafa yönəlmiş vizyonumuz, problemsiz xidmət, əlverişli qiymət siyasəti, bilik və təcrübəmiz yüksək keyfiyyətli mallar ilə müştərilərimizi təmin etməyə imkan verir. Bu gün rəqabət və qiymətin ön planda olduğu sektorda əlverişli qiymətlərimizlə yüksək keyfiyyətli dünya markalarını bir dam altında toplayaraq sizə xidmət edirik. Bunlara əlavə olaraq məqsədimiz müştərilərimizə uyğun çatdırılma müddətləri və satış öncəsi və satış sonrası xidmət baxımından tam xidmət göstərməkdir. Təqdim etdiyimiz məhsul sertifikatları istehsal olunan məhsulların keyfiyyətini və standartlara uyğunluğunu təsdiqləyir və istehsal etdiyimiz məhsullarla müştərilərimizə perspektivimizi göstərir.

alternative
alternative
alternative
İstanbul lift asansör LTD
ƏLAQƏ

Bizimlə əlaqə qurun.

Ofisimizi ziyarət edə və ya aşağıdakı telefon nömrələri və e-poçt adresi ilə bizimlə əlaqəyə keçə bilərsiniz.

alternative